İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatının qrup mərhələsində Xorvatiya ilə oyunda penalti zərbəsini dəqiq yerinə yetirib.
İdman.Biz bildirir ki, matç 4:2 hesabı ilə ingilislərin xeyrinə bitib.
Opta Sports-un Telegram kanalına istinadən verdiyi məlumata görə, 32 yaşlı ingilis beş penalti ilə dünya çempionatları rekordçusu olub.
Qabriel Batistuta (Argentina), Eysebio (Portuqaliya), Rob Rensenbrink (Niderland) və Lionel Messi (Argentina) dünya çempionatında hər biri dörd penaltidən qol vurublar.
View this post on Instagram
