DÇ-2026: Qana uzatma dəqiqələrində Panamanı yıxdı - VİDEO

18 İyun 2026 05:05
121
DÇ-2026: Qana uzatma dəqiqələrində Panamanı yıxdı - VİDEO

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Torontoda keçirilən qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Kaleb Yirenki 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.

L qrupunun digər qarşılaşmasında İngiltərə millisi Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz