Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa dünya çempionatı üçün çəkilmiş rəsmi fotosu ilə bağlı səslənən sualı cavablandırıb.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis fotoda başını aşağı salmasının səbəbi barədə danışmaq istəməyib.
"Mənim izah edəcək heç nəyim yoxdur. Məni necə çəkiblərsə, elə də çəkiblər. Mən maneken deyiləm. Fotoqrafların qarşısında dayanmışdım və onlar məhz belə bir kadr əldə ediblər", - deyə Bielsa bildirib.
Təcrübəli çalışdırıcı insanların gözləntilərinə uyğun görünmək məcburiyyətində olmadıqlarını da vurğulayıb:
“Biz kiminsə heç bir əsas olmadan formalaşmış gözləntilərinə cavab vermək üçün model rolunu oynamağa borclu deyilik”.

