Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Misir milli komandasından 2026-cı il dünya çempionatında açılış matçından əvvəl formalarındakı ulduzları çıxarmağı xahiş edib.
İdman.Biz bu barədə jurnalist Mayki Junior məlumat verib.
Təşkilat həmçinin oyunçuların adları və nömrələri üçün istifadə olunan qızılı rəngin dəyişdirilməsini tələb edir.
Komandanın formasında Misir Futbol Federasiyasının loqosunun üstündəki yeddi ulduz onların Afrika Millətlər Kubokunda qazandıqları yeddi qələbəni təmsil edir. FIFA qaydalarına görə, emblemin üstündəki ulduzlar komandanın qazandığı dünya çempionatı kuboklarının sayını təmsil edir.
DÇ-2026-da G qrupunun ilk matçında Misir Belçika ilə qarşılaşacaq. Oyun 15 iyunda keçiriləcək.
