Mbappe DÇ-2026-nın ən çox qol vuracaq futbolçusunun adını açıqlayıb

8 İyun 2026 11:14
105
Mbappe DÇ-2026-nın ən çox qol vuracaq futbolçusunun adını açıqlayıb

Futbol üzrə "Real Madrid" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında ən çox qol vuracaq futbolçunun kim olacağı ilə bağlı suala cavab verib.

İdman.Biz xəbər verir ki, fransalı forvard əvvəlcə Lamin Yamalı Erlinq Holanddan üstün tutub. Daha sonra Vinisius Juniorun həm Yamalı, həm də Harri Keyni geridə qoyacağını bildirib. Mbappe növbəti seçimlərində Lionel Messinin Vinisiusdan, Kriştianu Ronaldunun isə Messidən daha çox qol vuracağını deyib.

Sonda ona Kriştianu Ronaldu ilə özü arasında seçim etmək təklif olunub. Mbappe isə dünya çempionatının ən məhsuldar futbolçusunun məhz özü olacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-nın qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək. Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz yığma yüksələcək.

İdman.Biz
Məqalədə: