Ançelotti: “Braziliya futbolçuları işimi asanlaşdırır”

7 İyun 2026 11:06
116
Ançelotti: “Braziliya futbolçuları işimi asanlaşdırır”

Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti komanda ilə işləməyin onun üçün rahat olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis yığmadakı futbolçuların keyfiyyətini və milli komandaya münasibətini xüsusi vurğulayıb.

“Bu Braziliya heyəti ilə işləmək asandır. Əlimizdə yüksək səviyyəli futbolçular, liderlər var. Amma ən əsası, bu uşaqların hamısı fantastik insanlardır”, - deyə Ançelotti vurğulayıb.

O bildirib ki, futbolçuların milliyə bağlılığı onun işini daha da asanlaşdırır:

“Onların hamısı Braziliya millisini sevir və bu, mənim həyatımı asanlaşdırır”.

Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin mayından Braziliya millisinin baş məşqçisidir.

İdman.Biz