Rövnəq Abdullayev Azərbaycan yığmasını təbrik edib

Xəbərlər
2 Dekabr 2023 18:31
123
Rövnəq Abdullayev Azərbaycan yığmasını təbrik edib

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında uğurlu çıxış edərək, B divizionuna yüksəlib.

İdman.biz xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev komandanı, həm də məşqçi heyətini təbrik edib və gələcək oyunlarda uğurlar arzu edib.

Qadın futbolçularımız dünən səfərdə Kipri məğlub etməklə qrupda birinci pilləni tutmaq vəzifəsinin öhdəsindən gəlib.

Qeyd edək ki, millimiz qrupun son oyununda, dekabrın 5-də “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq.

İdman.biz