“Neftçi” qadın millimizin üç futbolçusunu heyətdə saxladı

23 Sentyabr 2026 13:23
56
“Neftçi” qadın millimizin üç futbolçusunu heyətdə saxladı

“Neftçi” Azərbaycan qadın futbol millisinin üç üzvü ilə yoluna davam edəcək.

İdman.Biz xəbər verir ki, Manə Mollayeva, Günay İsmayılova və Vüsalə Seyfəddinova 2026/2027-ci illər mövsümündə Azərbaycan Qadınlar Super Liqasında çıxış edən “Neftçi”nin heyətində mübarizə aparacaqlar.

Qeyd edək ki, Manə Mollayeva və Vüsalə Seyfəddinova cari mövsümdə “Neftçi”nin UEFA Qadınlar Çempionlar Liqasındakı hər iki oyununda iştirak ediblər. Günay İsmayılova isə komandanın UEFA sifariş ərizəsində yer alsa da, meydana çıxmayıb. “Neftçi” ötən mövsüm sona iki tur qalmış “Sumqayıt”ı səfərdə 6:0 hesabı ilə məğlub edərək çempionluğu təmin edib və ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.

İdman.Biz