Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə də “Sabah”ın heyətində çıxış edəcək.
İdman.Biz xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümündə yoluna davam edəcək.
Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda keçirib.
Nərgiz Əliyeva son dövrdə millidə Aytac Şərifova və Günay İsmayılova ilə birlikdə qapıçı mövqeyində rəqabət aparır. O, Millətlər Liqasında keçirdiyi beş oyunda altı qol buraxıb.
Qeyd edək ki, Əliyeva 2026-cı ildə dünya çempionatının seçmə mərhələsində Andorra, Macarıstan və Şimali Makedoniya ilə oyunlar üçün də Azərbaycan millisinin heyətinə dəvət olunub.
