Azərbaycan millisinin iki futbolçusu Türkiyədən qayıdıb

30 Avqust 2026 11:38
158
Azərbaycan millisinin iki futbolçusu Türkiyədən qayıdıb

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib.

İdman.Biz xəbər verir ki, hər iki futbolçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Liman"la müqavilə imzalayıb.

Onlarla bağlanan müqavilələr 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Cəfərova ötən mövsümü Türkiyənin "Hakkarigücü" klubunda keçirib. Hacıyeva isə bu ölkənin "Yüksekova" komandasında çıxış edib.

İdman.Biz