Türkiyənin "Yüksekova" klubu Azərbaycan millisinin futbolçuları Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqavilə müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi Instagram hesabında məlumat yayıb.
Hər iki oyunçu 2026/2027 mövsümündə də Superliqa təmsilçisinin formasını geyinəcək.
