“Goranboy” OİK 2026/2027 mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək hüququ qazanıb.
İdman.Biz xəbər verir ki, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
İclasda xüsusi dövr çərçivəsində Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət edən “Goranboy” OİK-in təqdim etdiyi sənədlərə baxılıb.
Müzakirələrdən sonra “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın 2025-ci il buraxılışının 9-cu maddəsinə əsasən, kluba 2026/2027 mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.
