FIFA referimiz Çempionlar Liqasında iki oyuna təyinat alıb

19 İyul 2026 14:57
379
FIFA referimiz Çempionlar Liqasında iki oyuna təyinat alıb

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin iki oyununa təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, bu mərhələnin beşinci qrupunun yarımfinalında Estoniyanın “Flora” və Maltanın “Mgar Yunayted” komandaları arasında keçiriləcək matçı idarə edəcək.

Digər azərbaycanlı referi Gülnurə Əkbərzadə iyulun 22-də baş tutacaq görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Fəridə Lütfəliyeva “Flora” - “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də Slovakiyanın “Spartak Miyava” klubu ilə keçirəcəyi final oyununda isə ehtiyat hakim olacaq.

Hər iki matç Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.

İdman.Biz