Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

12 İyul 2026 09:46
89
Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova klubunu dəyişib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı müdafiəçi Latviyanın “Riqa” komandasına transfer olunub.

Klub keçidi sosial şəbəkə hesabında açıqlayıb. Bildirilib ki, Azərbaycan millisinin üzvü komandanın müdafiə xəttini gücləndirəcək.

Rəhimova ötən mövsüm Şimali Makedoniyanın “Ljuboten” klubunda çıxış edib. O, buna qədər Türkiyənin “Ünyespor” komandasının formasını geyinib.

İdman.Biz