2034-cü ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının yeri müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.
Qurumun 142 sessiyası “Ağ Olimpiada”nın ev sahibi kimi Solt-Leyk-Sitini seçib. ABŞ-ın Yuta ştatında yerləşən bu şəhər ikinci dəfə yarışı qəbul edəcək. 2002-ci ildə də Oyunlar Solt-Leyk-Sitidə baş tutub.
Qeyd edək ki, ABŞ Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının da ev sahibidir.
İdman.biz