Veronika Jilina Azərbaycan üçün debüt turnirində altıncı oldu

6 Sentyabr 2026 15:53
48
Veronika Jilina Azərbaycan üçün debüt turnirində altıncı oldu

Azərbaycan millisinin fiqurlu konkisürəni Veronika Jilina Tokioda keçirilən “ISU Challenger Series Kinoshita Group Cup” turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, 18 yaşlı idmançı yarışın son günündə sərbəst proqramını təqdim edib və 126,40 xal qazanıb.

Jilina daha əvvəl qısa proqramda 66,60 xal toplamışdı. Beləliklə, iki proqramın yekununda onun hesabında 193 xal olub və təmsilçimiz yarışı altıncı pillədə başa vurub.

Turnirin qalibi Yaponiya təmsilçisi Mao Şimada olub.

Qeyd edək ki, bu, Veronika Jilinanın Azərbaycan bayrağı altında ilk turniri olub. Eyni zamanda, o, uzun fasilədən sonra böyüklər arasında ilk beynəlxalq yarışına çıxıb.

İdman.Biz