Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina Yaponiyanın paytaxtı Tokioda keçirilən “ISU Challenger Series” seriyasının “Kinoshita Group Cup” mərhələsində ölkəmiz adına debütünü şərh edib.
İdman.Biz xəbər verir ki, idmançı çıxışından razı qaldığını bildirib.
“Bu turnirdə çıxış etdiyim üçün şadam. Nəhayət, üç ildən sonra starta çıxdım. Qısa proqramımdan, demək olar ki, razıyam. Həmçinin çıxışımı və elementlərə görə aldığım əlavələri yenidən izləmək istəyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, bu, Jilinanın Azərbaycan bayrağı altında ilk çıxışı, həmçinin böyüklər arasında debütüdür. Fiqurlu konkisürən qısa proqramda 66,60 xal toplayıb. Hazırda o, turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
İdmançı sabah sərbəst proqramla çıxış edəcək.
