Dünya çempionatında 25-ci yer

Xəbərlər
22 Mart 2024 09:19
Dünya çempionatında 25-ci yer

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev dünya çempionatında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, təmsilçimiz Kanadanın Monreal şəhərində təşkil olunan mundialın ikinci günündə buz üzərinə çıxıb.

O, qısa proqramda bacarığını göstərib. Vladimirin çıxışı 72,16 xalla qiymətləndirilib.

İdmançımız 40 iştirakçı arasında 25-ci yeri tutub. Litvintsev sərbəst proqramda mübarizə aparacaq 24 idmançı sırasına düşə bilməyib.

Qeyd edək ki, dünya çempionatında digər təmsilçilərimiz Adrienna Karhart və Aleksandr Kolosovski idman rəqslərində mübarizə aparacaqlar.

İdman.biz

Məqalədə: