Qusarda keçiriləcək xizək alpinizmi üzrə yarışa qeydiyyat başlayıb

Xəbərlər
7 Fevral 2024 18:58
110
Qusarda keçiriləcək xizək alpinizmi üzrə yarışa qeydiyyat başlayıb

Martın 9-10-da Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə ISMF beynəlxalq seriya yarışının qeydiyyat prosesinə start verilib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Xizək Alpinizm Federasiyası (International Ski Mountaineering Federation-ISMF) rəsmi səhifəsində məlumat yayıb.

Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində keçiriləcək seriya yarışları üçün qeydiyyat prosesi martın 4-dək davam edəcək.

İdman.biz