Yevgeni Plyuşenkonun oğlu Azərbaycan bayrağı altında yarışacaq

1 İyul 2026 17:43
107
Yevgeni Plyuşenkonun oğlu Azərbaycan bayrağı altında yarışacaq

Azərbaycan fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu olan Aleksandr Plyuşenkonun 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Bununla bağlı Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanlanan müraciət müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.

Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı, digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq yerli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektli fəaliyyətini davam etdirəcək.

İdman.Biz