Beynəlxalq Bendi Federasiyasının (FIB) prezidenti, isveçli Henrik Nilsson, təşkilat rəhbərliyi daxilində Rusiya məsələsi ilə bağlı fikir ayrılıqlarına görə istefa verib.
İdman.Biz xəbər verir ki, Nilsson məktub yazaraq Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında turnirlərdə iştirak etməsinə qarşı olduğunu bildirib.
“Komitə üzvlərinin əksəriyyətinin öz fikirləri var, amma mənim Rusiyaya yanaşma ilə bağlı əks fikrim var. Təşkilat rəhbərliyi daxilində fikir ayrılıqlarının olmasına hörmətlə yanaşsam və inansam da, artıq hazırkı istiqamətdə FIB rəhbərliyində qala bilməyəcəyimi hiss edirəm”, - SVT Nilssondan sitat gətirir.
Daha əvvəl İsveç, Finlandiya və Norveç federasiyaları maliyyə səbəbləri və Rusiya və Belarus milli komandalarının iştirak etməməsi səbəbindən gələn il keçiriləcək Bendi Dünya Çempionatına ev sahibliyi etməyəcəklərini elan ediblər.
