Hokkey üzrə dünya çempionatında yarımfinal cütlükləri məlum olub

29 May 2026 01:26
146
Hokkey üzrə dünya çempionatında yarımfinal cütlükləri məlum olub

Norveç hokkey üzrə dünya çempionatının dörddəbir final matçında Latviyanı 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, turnir İsveçrədə keçirilir.

Digər dörddəbir final matçında İsveçrə İsveçlə qarşılaşıb. Matç 3:1 hesabı ilə İsveçrənin qələbəsi ilə bitib.

Yarımfinalda İsveçrə Norveçlə qarşılaşacaq. Digər yarımfinal Kanada və Finlandiya arasında olacaq.

Yarımfinal oyunları mayın 30-da olacaq.

ABŞ hazırkı dünya çempionudur.

İdman.Biz