Dördqat Stenli Kuboku qalibi, kanadalı hokkeyçi Klod Lemye 61 yaşında vəfat edib.
İdman.Biz bildirir ki, NHL-in Keçmiş Oyunçuları Assosiasiyası ölüm xəbərini sosial mediada açıqlayıb. Ölüm səbəbi açıqlanmayıb.
Lemye, üç fərqli komanda ilə Stenli Kubokunu qazanan doqquz oyunçudan biridir. O, kuboku “Monreal Kanadiens” (1986), “Nyu Cersi Devils” (1995, 2000) və “Kolorado Evelanş” (1996) komandaları ilə qazanıb. 1995-ci ildə hücumçu pley-off MVP mükafatını alıb.
Kanada komandası ilə Lemye 1985-ci ildə Dünya Gənclər Çempionatını, Kanada Kubokunu (1987) və Dünya Kubokunun gümüş medalını (1996) qazanıb.
