İsveçrənin Fribur şəhərində Kanada və ABŞ arasında hokkey üzrə dünya çempionatının dörddəbir final matçı başa çatıb.
İdman.Biz bildirir ki, “BSF Arena”da keçirilən oyunda Kanada 4:0 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.
Digər dörddəbir final oyununda Finlandiya və Çexiya milliləri qarşılaşıblar. Matç 4:1 hesabı ilə Finlandiyanın xeyrinə qurtarıb.
Digər dörddəbir final matçlarında Norveç Latviya, İsveçrə isə İsveçlə rastlaşacaq.
