Yevgeni Plyuşenkonun oğlu Azərbaycan millisində çıxış edəcək

21 May 2026 17:07
137
Yevgeni Plyuşenkonun oğlu Azərbaycan millisində çıxış edəcək

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək.

İdman.Biz “Ria Novost”i agentliyinə istinadən xəbər verir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında idmançıya keçid üçün icazə verib.

Bildirilib ki, Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi icazə aldıqdan sonra Plyuşenkonun oğlu beynəlxalq turnirlərdə rəsmi şəkildə Azərbaycan bayrağı altında çıxış edə biləcək.

Xatırladaq ki, Aleksandr Plyuşenko Rusiyanın ən məşhur gənc fiqurlu konkisürənlərindən biri hesab olunur və mütəmadi olaraq atasının buz şoularında iştirak edir.

İdman.Biz