Dünya çempionatı və Olimpiada medalçısı, italyan biatlonçu Tommazo Cakomel ürək əməliyyatı (ablasiya) keçirib.
İdman.Biz bildirir ki, ötən həftə o, İtaliyada keçirilən Olimpiya Oyunlarında böyründə ağrı səbəbindən kütləvi startdan çəkilib.
“O, kompüter tomoqrafiyası, MRT və maksimal stress testindən keçib və bunların hamısı normal olub. Lakin elektrofizioloji tədqiqat qulaqcıqlarda elektrik keçiriciliyinin pozulmasını aşkar edib və bu da artıq uğurla yerinə yetirilən ablasiya tövsiyəsinə gətirib çıxarıb.
İki həftə ərzində o, əlavə planlaşdırılmış müayinələrdən keçəcək və nəticələri təsdiqləndikdən sonra normal məşqlərinə davam etməyə imkan verəcək”, - deyə İtaliya Qış İdman Növləri Federasiyasının mətbuat açıqlamasında bildirilir.
