ABŞ-də ayılar xizək sürənlərin yoluna çıxdı - VİDEO

20 Fevral 2026 14:21
95
ABŞ-də ayılar xizək sürənlərin yoluna çıxdı - VİDEO

ABŞ-nin Kaliforniya ştatında üç ayı xizəkçilərin istifadə etdiyi dağ-xizək yoluna çıxıb.

İdman.Biz “ABC News”a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən “Northstar California Resort” kompleksinin ərazisində baş verib.

Hadisə zamanı eniş zolağında çoxsaylı xizəkçi və snoubordçu olub. Yayılan görüntülərdə üç ayının qarla örtülü trası sürətlə keçərək insanlar arasında manevr etdikdən sonra meşəlik əraziyə yönəldiyi görünür. Ehtimal olunur ki, söhbət ana ayı və iki balasından gedir.

Vəhşi təbiət üzrə mütəxəssislər bildirirlər ki, ilin bu dövründə belə hallar qeyri-adi sayılmır. Qeyd olunur ki, Kaliforniyada bir çox ayılar qış aylarında qış süstlüyü adlanan vəziyyətə düşsələr də, havaların mülayimləşməsi və ya qida axtarışı səbəbindən oyanaraq uzun məsafələr qət edə bilirlər.

Kurort rəhbərliyi insident nəticəsində xəsarət alan olmadığını və kompleksin fəaliyyətinin dayandırılmadığını açıqlayıb. Onların qiymətləndirməsinə görə, heyvanlar yalnız ərazini keçməyə fokuslanıb və insanlara maraq göstərməyiblər.

İdman.Biz
Məqalədə: