Olimpiadaya bir neçə saat qalmış ağır qəza: Avstriyalı xizəkçi üz üstə yerə düşdü - FOTO/VİDEO

6 Fevral 2026 11:47
115
Olimpiadaya bir neçə saat qalmış ağır qəza: Avstriyalı xizəkçi üz üstə yerə düşdü - FOTO/VİDEO

Avstriyalı dağ xizəkçisi Daniel Xemetsberqer İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində, məşq zamanı ağır qəza ilə üzləşib.

İdman.Biz xəbər verir ki, hadisə sürətli eniş üzrə məşq zamanı baş verib.

Tarazlığını itirən 34 yaşlı idmançı sığorta torlarına tərəf yönəlib və maneəyə çırpılıb.

Zərbə nəticəsində onun dəbilqəsi başından çıxıb, burun və ağız nahiyəsi qan içində qalıb.

D.Xemetsberqer öz gücü ilə ayağa qalxa bilsə də, fotolara və məlumatlara əsasən, bir neçə dişini itirdiyi ehtimal olunur.

Dünya Kuboku mərhələlərinin mükafatçısı olan idmançı sonradan vəziyyətinin nisbətən yaxşı olduğunu və huşunu itirmədiyini bildirib.

İdman.Biz