Yaponiyalı idmançı Olimpiya kəndindən narazıdır

6 Fevral 2026 15:37
112
Yaponiyalı idmançı Olimpiya kəndindən narazıdır

Yaponiyalı sürətli konkisürən Tatsuya Sinama "Milano-Kortina 2026" Qış Olimpiya Oyunlarının Olimpiya kəndindəki vəziyyətlə bağlı narahatlığını dilə gətirib. O, kompleksin ətrafındakı atmosferin həyəcanverici olduğunu qeyd edib.

İdman.Biz "Nikkan Sport" nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı idmançı ərazinin təhlükəsizliyi ilə bağlı şübhələrini gizlətməyib.

"Kəndin ətrafı şəhər kənarıdır. Atmosfer bir az qorxuludur, gecələr küçəyə çıxmaq istəmirsən. Hər şeydə ehtiyatlı olmağa çalışıram", - deyə idmançı bildirib.

Qeyd edək ki, Olimpiya kəndində təhlükəsizlik məsələləri artıq bir müddətdir müzakirə mövzusudur. 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvarı arasında ərazidə iki vandalizm aktı baş verib və nəticədə 60-a yaxın duş kabinasına ziyan dəyib.

Tatsuya Sinama sprint çoxnövçülüyü üzrə dünya çempionudur.

İdman.Biz