Olimpiya çempionunun geyimi satışa çıxarılıb - FOTO

21 Fevral 2026 10:59
129
Olimpiya çempionunun geyimi satışa çıxarılıb - FOTO

Niderland millisinin fiqurlu konkisürəni, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının qalibi Yutta Lerdamın qızıl medal qazandığı kombinzon onlayn satış platformasına çıxarılıb.

İdman.Biz xəbər verir ki, idmançının avtoqraflı yarış geyimi hazırda 3 300 avroya(təxmini 6 500 manata) təklif olunur.

Bu məbləğ satışa çıxarılan digər niderlandlı idmançıların istifadə olunmuş geyimləri ilə müqayisədə xeyli yüksəkdir.

Qeyd edək ki, Lerdan qış olimpiya oyunlarında sürətli konkisürmə növündə qazandığı uğurla dünya miqyasında tanınıb.

İdman.Biz
Məqalədə: