Azərbaycan birinciliyi başa çatıb

Xəbərlər
6 Oktyabr 2023 18:24
318
Azərbaycan birinciliyi başa çatıb

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, son yarış günündə çəkisi 67, 73, 81, 89, 96 və 109 kq olan atletlər qaliblərin adına aydınlıq gətiriblər.

67 kq çəki dərəcəsində toplam 258 kq (118+140) nəticə ilə Fuad Həsənov, 73 kq çəki dərəcəsində toplam 255 kq (120+135) nəticə ilə Murad Əliyev, 81 kq çəki dərəcəsində toplam 248 kq (115+133) nəticə ilə Hüseyn Heydərov, 89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə toplam 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar.

Qeyd edək ki, 2 gün davam edən turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətlərindən 100-ə yaxın atlet gücünü yoxlayıb.

İdman.biz