Rəhman Mərdəliyev medalsız qalıb

Xəbərlər
16 İyun 2024 16:07
81
Rəhman Mərdəliyev medalsız qalıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Rəhman Mərdəliyev körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Rəhman 138 kq (60+78) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə Nuray Əbilova (40 kq) yaşı 15-ə qədər olan atletlər arasında gümüş medal qazanıb.

İdman.biz