Yığmamızın Avropa birinciliyi üçün heyəti açıqlanıb - FOTO

Xəbərlər
7 İyun 2024 15:24
102
Yığmamızın Avropa birinciliyi üçün heyəti açıqlanıb - FOTO

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak edəcəyi yarışa Azərbaycan yığması da qatılacaq.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “ASK Arena”da yerləşən təlim-məşq bazasında komanda üzvləri ilə görüşüb. O, onların hər birinə uğurlar arzulayıb, qələbələrinə inamını ifadə edib.

Umudov qeyd edib ki, federasiya rəhbərliyi yığmamızın yarışlara ən yaxşı şəraitdə hazırlaşması, ölkəmizi beynəlxalq arenada layiqli təmsil etməsi üçün bütün addımları atır. Yeniyetmə atletlərimizin Salonikidə qazanacağı medalların Azərbaycanda ağırlıqqaldırmanın inkişafına yeni təkan verəcəyi, gələcək dünya çempionatı və birinciliklərinə, Olimpiya Oyunlarına doğru yolda təməl rolunu oynacağı bildirilib. Məşqçilər və idmançılar da öz növbələrində verilən dəstəyə görə təşəkkür edib, etimadı doğrultmağa çalışacaqlarını deyiblər.

Sonra məşqçilər Yunanıstana gedəcək idmançıların adlarını açıqlayıblar.

U-15: Nuray Əbilova (40 kq), Malikə Biçekuyeva (55 kq), Arzu Qədimova (76 kq), Rəhman Mərdəliyev (49 kq), Kamran Xappayev və Əbdülhüseyn Hüseynov (hər ikisi - 61 kq), Elman Kurdanov (67 kq), İsa Əliyev (73 kq), Allahverdi Qaragözov və Aslan Əmiraslanov (hər ikisi - 89 kq), Muhəmmədəli Məmmədzadə (96 kq), Sultan Sultanov (102 kq), Sadiq Əliquliyev (+102 kq).

U-17: Mələk Hüseynli (+81 kq), Turan Əliyev (67 kq), Akif Abdullayev (73 kq), Hüseyn Heydərov (81 kq), Məmməd Əhmədzadə (96 kq).

Qeyd edək ki, yarış iyunun 15-24-də keçiriləcək.

İdman.biz

Məqalədə: