Fərid Qayıbov: “Bu cür addımlar digər federasiyalarımıza örnək olmalıdır” - FOTO

Müsahibə
11 May 2024 15:23
538
Fərid Qayıbov: “Bu cür addımlar digər federasiyalarımıza örnək olmalıdır” - FOTO

“Filmi hələ ki, mən də izləməmişəm”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov nazirliyin növbəti layihəsi olan “Hələ heç nə bitməyib - Rüstəm İmanzadə” filminin premyerasında deyib.

Nazir bildirib ki, bu, onların idmançı və məşqçilərlə bağlı ərsəyə gətirdiyi ilk film deyil: “Artıq 2 ildir ki, belə filmlər ərsəyə gətiririk. Bəzən tərəfdaşlarımız olur. Belə olduğu halda hər şey daha rahat olur. Bizə dəstək olduqları üçün təşəkkür edirik. Bəzən də tərəfdaş olmadan özümüz bu cür filmlər ərsəyə gətiririk. Bu cür addımlar digər federasiyalarımıza da örnək olmalıdır. Belə filmlər daha çox olmalıdır. İnanıram ki, hamınızın xoşuna gələcək. Maraqlı və fərqli film olduğunu düşünürəm. Ağırlıqqaldırmada yaxşı nəticələr əldə etmək üçün müəyyən yollardan keçirsiz. Filmin adı da onu deyir ki, buradakı məna bir az fərqlidir. İnsanlara heç vaxt üzülməməyi, çətinliyi olsa da heç zaman bitmədiyini bildirir”.

O, Rüstəm İmanzadənin pozitiv insan olmasını da önə çəkib: “Onun müsbət ruhda olması məni inanıdırır ki, nəticələri və həyatı daha çox müsbət məqamlarla dolu olacaq. Ona və digər idmançılarımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Rüstəm İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciyilində 148 kq ağırlıq qaldırarkən sağ qolu qırılıb və belindən ağır zədələnib. Bir il ərzində müalicə alsa da, yarımçıq qalıb və karyerasını bitirmək məcburiyyətində qalıb.

Banuçiçək Hüseynli
İdman.biz