Dadaş Dadaşbəyli: “Etimadı doğruldub 3 gümüş medal qazandım”

Xəbərlər
13 Aprel 2024 13:39
Dadaş Dadaşbəyli: “Etimadı doğruldub 3 gümüş medal qazandım”

“Bu yarış dünya çempionatına bərabər idi”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılama mərasimində deyib.

O bildirib ki, Avropa çempionatındakı zədəsi ilə əlqədar məşqlərə tam qoşula bilməyib: “Yarışda iştirakım üçün Firdovsi Umudovun mənə böyük dəstəyi oldu. Sevindirici haldır ki, etimadı doğruldub 3 gümüş medal qazandım. Bu mənim üçün çox böyük uğurdur. Dünya çempionatından 3 bürünc qazansam da, bu nəticələr də mənim uğurlarım sırasına əlavə olundu. Bundan sonra dünya çempionatına hazırlaşacam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdur”.

Qey edək ki, Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz