Dünya kubokunun 3 qat gümüş medalçısının qarşılanma mərasimi olub - FOTO - VİDEO

Xəbərlər
13 Aprel 2024 13:18
Dünya kubokunun 3 qat gümüş medalçısının qarşılanma mərasimi olub - FOTO - VİDEO

Ağırlıqqaldırma üzrə Tailandın Puket şəhərində Dünya kubokunda iştirak edən Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, yığmanı və yarışda 3 gümüş medal qazanan Dadaş Dadaşbəylini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Qeyd edək ki, 110 ölkədən 449 (228+231) atletin qatıldığı Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnir olub.

Banuçiçək Hüseynli
İdman.biz