Zədə İsa Rüstəmova mane oldu

Xəbərlər
7 Sentyabr 2023 20:04
86
Zədə İsa Rüstəmova mane oldu

Azərbaycan ağırlıqqaldıranı (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.

Idman.biz-in məlumatına görə, zədə idmançıya mane olub.

Körpücük üzərinə çıxan ağırlıqqaldıran dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kq) sonra yarışdan imtina etmək qərarına gəlib.

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425 qadın) iştirak edir.

İdman.biz