Fərid Qayıbov: “Bunu neçə il idi gözləyirdik”

Xəbərlər
21 Fevral 2024 12:34
439
Fərid Qayıbov: “Bunu neçə il idi gözləyirdik”

“Dadaş Dadaşbəylinin uğuruna çox sevinirəm”.

Bunu İdman.bizə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimində iştirak edən nazir tədbirdən sonra Avropa çempionu olan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin uğurunu yüksək qiymətləndirib: “Son medaldan sonra neçə il idi gözləyirdik. Nəhayət ki, bu idman növündə də Avropa çempionumuz var. İndi Olimpiya Oyunlarına düşməyə, lisenziya qazanmağa şansı var. Hamımız ona inanırıq. Növbəti yarışlardan çox şey asılıdır”.

Qeyd edək ki, 109 kq çəkidə Avropa çempionu olan Dadaşbəyli Azərbaycana bu idman növündə 12 ildən sonra qızıl medal gətirib.

İdman.biz