Millinin lideri: “Onun necə məşqçi olduğunu görmək istəyirik”

Xəbərlər
30 Dekabr 2023 11:22
326
Millinin lideri: “Onun necə məşqçi olduğunu görmək istəyirik”

“2023-cü il karyeram üçün möhtəşəm oldu. Uğurlarımı ard-arda qazandım”.

Bunu İdman.bizə Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

Yığmanın lideri 2023-cü ili özü üçün uğurlu hesab edir. Dadaşbəyli bildirib ki, ilə zədə ilə başlaması onun əzmini qırmayıb: “Dirsəyimdə tikişlər sökülməmiş Asim Məmmədovun rəhbərliyi altında məşqlərə başlamışdım. MDB Oyunlarında qələbə, dünya çempionatında illər sonra bürünc medal və qısa müddət sonra Qətərdə keçirilən lisenziya turnirində qalib olmuşam. Bunlar kiçik uğurlar deyil. Gələn il çox çətin olacaq. Olimpiya ilində bizi ağır yarışlar gözləyir. İdmançılarımız uğurlar və istədikləri bütün zəfərləri əldə etməyi arzulayıram”.

27 yaşlı atlet rusiyalı Maxtı Makkayevin ağırlıqqaldırma üzrə milli komandaya yeni baş məşqçi təyin olunmasına da münasibət bildirib: “Yığmada bundan əvvəl də xarici məşqçilərlə işləmişəm. Makkayevin baş məşqçi təyin olunmasına normal yanaşıram. Əvvəlcə Nizami Paşayevin, daha sonra isə Asif Məmmədovun nəzarəti altında məşq etmişəm. Yeni baş məşqçinin də fikirlərini, məsləhətlərini eşitmək maraqlı olar. Onun necə məşqçi olduğunu görmək istəyirik”.

Emin Ağa
İdman.biz