Azərbaycan çempionatı: Kişi ağırlıqqaldıranlar arasında qaliblər müəyyənləşib - FOTO

15 Mart 2026 14:32
98
Azərbaycan çempionatı: Kişi ağırlıqqaldıranlar arasında qaliblər müəyyənləşib - FOTO

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında kişi atletlərin mübarizəsi davam edir. Turnirin növbəti günlərində daha üç çəki dərəcəsində qaliblərin adları məlum olub.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Mirmöhsüm Tağızadə rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplamda 175 kq (76 kq + 99 kq) nəticə göstərməklə çempionluğunu rəsmiləşdirib.

Daha gərgin mübarizə 65 kq çəki dərəcəsində müşahidə olunub. Burada Musab Məmmədtağıyev toplamda 256 kq (111 kq + 145 kq) çəkinin öhdəsindən gələrək qızıl medala sahib çıxıb.

Günün ən yüksək göstəricilərindən birinə isə Fuad Həsənov imza atıb. 71 kq çəki dərəcəsində çıxış edən atlet toplamda 299 kq (141 kq + 158 kq) nəticə ilə bütün rəqiblərini geridə qoyub və Azərbaycan çempionu adını qazanıb.

İdman.Biz