Azərbaycan kubokunun qalibləri bəlli olub

Xəbərlər
17 Dekabr 2023 18:11
Azərbaycan kubokunun qalibləri bəlli olub

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının və idman mərkəzlərinin 100-ə yaxın atleti qüvvəsini sınayıb.

Qadınlarda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) kubokun qalibi adını qazanıblar.

Kişilərdə isə Dəniz Cabbarlı (55 kq), Elşən Məmmədov (61 kq), Tehran Məmmədov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Nurlan Məmmədzadə (89 kq), Yaşar Qurbanov (96 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (+109 kq) qalib adını qazanıb.

Azərbaycan kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında kubokun ən yaxşıları da müəyyənləşib.

Azərbaycan kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan kubokunun qalibi Qazax rayonunun komandası olub. 2-ci ən yaxşı komanda Lənkəran, 3-cü ən yaxşı isə Qobustan təmsilçiləri olub.

İdman.biz