Atletimiz Qran-pridə 10-cu olub - VİDEO

Xəbərlər
8 Dekabr 2023 10:03
151
Atletimiz Qran-pridə 10-cu olub - VİDEO

Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə Qran-pri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində kişi atletlərimizdən ilk olaraq körpücük üzərinə Ömər Cavadov (73 kq) çıxıb.

B qrupunda çıxış edən idmançı iki hərəkətin cəmində 312 kq (146+166) nəticə göstərib. O, bu göstərici ilə 10-cu yeri tutub.

Qran-pridə mübarizəyə qoşulan yeganə qadın atletimiz Nazilə İsmayılova (49 kq) isə yekunda 19-cu olub.

Dekabrın 12-də Əli Şükürlü, ertəsi gün isə komandamızın lideri Dadaş Dadaşbəyli medallar uğrunda çıxış edəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın, 206 kişi) atlet iştirak edir.

Emin Ağa
İdman.biz