Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura yekun vurulub.
İdman.biz xəbər verir ki, Yüksək Liqada turun son görüşündə “Azərreyl” “Murov AZ Terminal” ilə üz-üzə gəlib.
İlk turda “Abşeron”a gözlənilmədən məğlub olan “dəmiryolçular” inamlı qələbə qazanıblar. Onlar bu turadək bir set belə uduzmayan “Murov AZ Terminal” "quru hesabla" məğlub ediblər. .
Azərbaycan Yüksək Liqası
Qadınlar
III tur
29 noyabr
15:00. “Azərreyl” – “Murov AZ Terminal” - 3:0 (25:13, 25:21, 26:24)
Bakı. Voleybol Mərkəzi
| Abşeron | 3 | 3 | 0 | 9-2 | 275-201 | 9 | 
| Azərreyl | 3 | 2 | 1 | 7-3 | 237-203 | 6 | 
| Murov Az Terminal | 3 | 2 | 1 | 6-3 | 208-182 | 6 | 
| Milli Aviasiya Akademiyası | 3 | 1 | 2 | 3-6 | 205-212 | 3 | 
| Gəncə | 3 | 1 | 2 | 3-6 | 173-196 | 3 | 
| UNEC | 3 | 0 | 3 | 0-9 | 129-225 | 0 | 
Qeyd edək ki, bir gün öncə keçirilən görüşlərdə “Abşeron” “Milli Aviasiya Akademiyası”nı 3:1, “Gəncə” UNEC-i 3:0 hesabı ilə məğlub edib.
İdman.biz
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    