“CEV Çempionlar Liqası”nda Azərbaycanı təmsil etməyə hazırlaşan “Turan” İtaliyada təlim-məşq toplanışını davam etdirir.
İdman.Biz xəbər verir ki, komanda hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçında İtaliyanın “Consolini Volley 1907” klubu ilə qarşılaşacaq.
Görüş sentyabrın 23-də İtaliyanın Rikkione şəhərindəki “Fontanelle Gym”də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, bu oyun “Turan”ın yeni mövsümə və avrokuboklardakı çıxışına hazırlıq çərçivəsində növbəti sınağı olacaq.
