Misir millisinin voleybolçusu “Murov Az Terminal”a keçdi

23 Sentyabr 2026 10:33
441
Misir millisinin voleybolçusu “Murov Az Terminal”a keçdi

Misirli voleybolçu Abouelsoud Elsayed Emam karyerasını Azərbaycanda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 31 yaşlı hücumçu “Murov Az Terminal”a transfer olunub.

Qeyd edək ki, Emam həm Misirdə, həm də xaricdə çıxış təcrübəsinə malikdir. O, ölkəsinin aparıcı klublarından “Zamalek” və “Al-Ahli”nin formasını geyinib. Voleybolçu İsveçrədə “Amrisvil”də də çıxış edib və 2022/2023 mövsümündə bu komandanın heyətində ölkə çempionu, kubok və Superkubokun qalibi olub.

Emam Misir millisinin üzvü də olub. O, çimərlik voleybolunda da özünü sınayıb. Voleybolçu 2026-cı ildə Afrika zonası üzrə təsnifat turnirində qalib gələn Misir millisinin heyətində yer alıb.

İdman.Biz