Polşa finalda Fransanı məğlub edib Avropa çempionu oldu

27 Sentyabr 2026 05:18
111
Polşa finalda Fransanı məğlub edib Avropa çempionu oldu

Kişilərdən ibarət Polşa milli komandası voleybol üzrə 2026-cı il Avropa çempionu olub.

İdman.Biz xəbər verir ki, final matçında Polşa millisi Fransa komandasına 3:1 (31:29, 25:19, 20:25, 25:16) hesabı ilə qalib gəlib.

Görüş İtaliyanın Assaqo şəhərindəki “Yutipol Forum” stadionunda keçirilib.

Üçüncü yer uğrunda matçda Finlandiya millisi Sloveniya komandasını 3:0 (25:23, 25:20, 29:27) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Polşa millisi titulunu qoruyub. Onlar ötən il də Avropa çempionu olublar.

Voleybol üzrə 2026-cı il Avropa çempionatı sentyabrın 9-dan 26-dək İtaliya, Bolqarıstan, Rumıniya və Finlandiyada keçirilib. Turnirdə dörd qrupa bölünmüş 24 komanda iştirak edib.

İdman.Biz