“Abşeron” debütantı məğlub edib

Xəbərlər
28 Noyabr 2023 20:29
180
“Abşeron” debütantı məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında bu gün növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada III tur çərçivəsində öncə meydana “Milli Aviasiya Akademiyası” və “Abşeron” çıxıb.

İlk 2 turda qalib gələn Famil Ağayevin komandası debütanta qalib gəlib. Bu qələbə "Abşeron"u liderliyə yüksəldib.

Günün ikinci qarşılaşmasında autsayderlər – UNEC-lə “Gəncə” üz-üzə gəlib. Tələbələr qərb təmsilçisi ilə görüşdə uğursuz çıxış ediblər. Meydan sahibləri cəmi 46 xal qazanıblar. Qonaq komanda 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, noyabrın 29-da “Azərreyl” - “Murov Az Terminal” görüşü ilə tura yekun vurulacaq.

Azərbaycan Yüksək Liqası
Qadınlar
III tur
28 noyabr
15:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:17, 25:27, 25:16, 25:17)

Bakı. Voleybol Mərkəzi

18:00. UNEC – “Gəncə” - 0:3 (8:25, 19:25, 19:25)
Bakı. Voleybol Mərkəzi

Abşeron

3

3

0

9-2

275-201

9

Murov Az Terminal

2

2

0

6-0

150-106

6

Azərreyl

2

1

1

4-3

161-145

3

Milli Aviasiya Akademiyası

3

1

2

3-6

205-212

3

Gəncə

3

1

2

3-6

173-196

3

UNEC

3

0

3

0-9

129-225

0

İdman.biz