Türkiyə klubnun avrokubok oyununda supervayzer azərbaycanlı olacaq

Xəbərlər
24 Noyabr 2023 13:55
209
Türkiyə klubnun avrokubok oyununda supervayzer azərbaycanlı olacaq

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

İdman.biz xəbər verir ki, o, kişi voleybolçular arasında CEV kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.

Gözəlbəyli noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (Türkiyə) - “Neftohimik” (Bolqarıstan) klublarının oyununda hakimlərin işinə qiymət verəcək.

Görüşün referiləri ingiltərəli Dominik Biegajlo və çexiyalı Roman Marsçner olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz