Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın” matçı təxirə salınıb.
İdman.biz xəbər verir ki, buna Şuşa təmsilçisinin Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciəti səbəb olub.
Komanda Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da “Panatinaikos”la cavab oyununa hazırlıq üçün bu addımı atıb. AVF isə onlara müsbət cavab verib.
Nəticədə bu gün Yüksək Liqada bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “Azerrail” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu oyun “CBC sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının keçiriləcəyi tarix haqqında məlumat veriləcək.
İdman.biz