CEV Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
İdman.biz xəbər verir ki, ona kişi voleybolçular arasında Çağırış kubokunun 1/16 final matçının supervayzerliyi həvalə edilib.
Gözəlbəyli noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” - “Panatinaikos” görüşündə hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, matçın hakimləri türkiyəli Ramazan Çevik və monteneqrolu Yelena Mitroviç olacaq.
İdman.biz